Krasnoyarsk meri böyük məbləğdə rüşvət almaqda ittiham olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov yol təmiri ilə bağlı keçirilən müsabiqədə təşkilatın qələbəsi üçün sahibkardan 180 milyon rubldan (təxminən 2,3 milyon dollar) çox rüşvət almaqda ittiham olunur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
"Krasnoyarsk başçısı Vladislav Loginov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində (xüsusilə külli miqdarda rüşvət alma) nəzərdə tutulmuş cinayət əlamətləri üzrə cinayət işi araşdırılır", - o qeyd edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...