Kral III Çarlzın səhhəti necədir?
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun müddətdir xərçənglə mübarizə aparan kral III Çarlzın səhhətində problem yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bukinhem sarayının yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, kralın səhhəti yaxşı deyil və hələ də xəstədir. O səbəbdən onun cənazəsi üçün hər an hazırlıq görülə bilər.
Kralın cənazə hazırlığı "Menai körpüsü əməliyyatı" adlanır.
Kraliça II Elizabetin cənazəsinə hazırlıq isə "London körpüsü yıxıldı" adlanırdı.
Kral III Çarlz taxta çıxmaq üçün 1952-ci ildən namizəddir. Lakin o tacı taxmaq üçün 70 ildən artıq vaxt keçməli oldu. O 73 yaşında taxta çıxa bildi.
Saraya yaxın mənbələrdən verilən məlumata görə, kral laz;mi yerlərə helikopterlə aparılır. Daha sonra geri qaytarılır. Ona həm də yaxşı istirahət lazımdır.
Kral III Çarlza nəsə olsa taxtın varisi Şahzadə Uilyam olacaq.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...