Kral III Çarlzın qardaşı oğlu Peter Fillips evlənib
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya kral ailəsinin üzvü, Kral III Çarlzın bacısı şahzadə Annanın oğlu Peter Fillips ailə həyatı qurub.
BAKU.WS xəbər verir ki, 48 yaşlı Peter Fillips İngiltərənin Milli Səhiyyə Xidmətində (NHS) çalışan tibb bacısı Harriet Sperlinqlə Kotsvolds bölgəsində yerləşən All Saints kilsəsində keçirilən sadə mərasimlə evlənib.
Toy mərasimində Kral III Çarlz, Kraliça Kamilla, Uels şahzadəsi Uilyam və şahzadə Keyt də iştirak ediblər.
Harriet Sperlinqin gəlinliyi dizayner Emiliya Viksted tərəfindən hazırlanıb. Cütlüyün 2025-ci ilin avqustunda nişanlandığı açıqlanmışdı.
Qeyd edək ki, Peter Fillips daha əvvəl evli olub və əvvəlki nikahından iki qızı var. Harriet Sperlinqin də əvvəlki münasibətindən bir qızı olduğu bildirilir.
Oxşar xəbərlər
Zelenski İrlandiyada ABŞ nümayəndə heyəti ilə görüş keçirəcəyini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin IX sammitində iştirak etmək üçün Dublinə səfər edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...