Kral III Çarlzın gündəlik qidalanma rasionu məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya kralı III Çarlzın keçmiş xdimətçisi və aşpazı monarxın gündəlik qidalanma vərdişləri barədə danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yayıb.
Xidməti Qrant Harroldun sözlərinə görə, III Çarlz səhər yeməyinə xüsusi önəm verir. O, günə təzə çörək, müsli (dənli bitkilərdən hazırlanmış yemək), tərəvəz və çayla başlayır.
Kralın gündəlik menyusunda "Eggs Argenteuil" - qulançar və qaymaqlı sousla hazırlanan klassik fransız yumurta yeməyi də yer alır. Bildirilir ki, o, xüsusilə dörd dəqiqə qaynadılmış yumurtanı sevir.
Monarx adətən naharı buraxır və günorta vaxtı avokado ilə kifayətlənir. Şam yeməyində isə III Çarlz daha çox göbələkli yeməklərə üstünlük verir.
Onun keçmiş aşpazı Darren MakQreydinin sözlərinə görə, kral quzu kotleti ilə birlikdə təqdim olunan rizottonu sevir. 77 yaşlı monarxın digər sevimli təamı isə qırqovul ətindən hazırlanan piroqdur.
Oxşar xəbərlər
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Hörmüz boğazında İranın müəyyənləşdirdiyi marşrutla hərəkət etməyən neft tankeri minaya düşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İslam İnqil...