Kral III Çarlza məxsus nadir Land Rover hərraca çıxarıldı

Böyük Britaniya kralı III Çarlza məxsus nadir Land Rover avtomobili satışa çıxarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə The Sun qəzeti məlumat yayıb.
Xəbərdə bildirilir ki, avtomobil JLR Special Vehicles şirkəti tərəfindən təqdim olunub və 2010-cu ilin noyabrında kralın iqamətgahı "Hayqrouv-Haus"a çatdırılıb. Bu barədə şahzadə Uelsliyin o dövrdəki baş sürücüsü Tim Uilyamsa ünvanlanmış təsdiqedici məktub da mövcuddur. Avtomobilin kral III Çarlza məxsus olduğunu sübut edən bir çox sənəd var, lakin onun maşınla birlikdə çəkilmiş heç bir fotosu yoxdur.
Mənbənin məlumatına görə, yaşıl Keswick rəngində boyanmış Land Rover 22 mart tarixində Birmingemdəki Iconic hərracında satışa çıxarılacaq.
Nəşr avtomobilin sürücü oturacağında yüngül aşınma izlərinin olduğunu, bunun da avtomobili şoferin yox, sahibinin özü idarə etdiyini göstərdiyini qeyd edib.
Oxşar xəbərlər
İlon Mask: Trampın adı azyaşlıların cinsi istismarı ilə bağlı sənədlərdə yer alır
Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın adının insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan milyarder Cef...
