Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq
Konqo Demokratik Respublikası Ebola virusuna qarşı ilkin mərhələdə 70 min doza peyvənd alacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Qeyd olunub ki, Ervebo vaksininin 20 min dozası Bundibugyo virusunun yaratdığı xəstəliyə qarşı peyvəndin effektivliyinin daha yaxşı öyrənilməsi məqsədilə III mərhələ klinik sınaqlarda istifadə olunacaq. Yerdə qalan 50 min doza isə tibb və xəstəliyə qarşı mübarizədə iştirak edən digər mütəxəssislərin vaksinasiyasına yönəldiləcək.
İlkin laboratoriya və heyvanlar üzərində aparılan tədqiqatların nəticələri vaksinin müəyyən qoruyucu təsir göstərə biləcəyini deməyə əsas verir.
ÜST rəhbəri Tedros Adhanom Qebreyesus da öz növbəsində bu qərarı qlobal həmrəyliyin mühüm nümunəsi kimi qiymətləndirib.
O, həmçinin əlavə edib ki, ÜST bundan sonra da digər tərəfdaşlarla birgə epidemiyanın nəzarət altına alınması və regionda insanların həyatının qorunması üçün gücləndirilmiş epidemioloji nəzarət, xəstəliyin vaxtında aşkarlanması, keyfiyyətli tibbi yardım, icmalarla maarifləndirici iş və vaksinasiya tədbirlərini dəstəkləməyə davam edəcək.
Xatırladaq ki, son hesabata əsasən, Konqoda ümumilikdə 5 021 nəfərdə Ebola virusuna yoluxma halı qeydə alınıb.
Oxşar xəbərlər
Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək
Pakistan Suriya ilə siyasət, müdafiə, ticarət, investisiyalar, təhsil və insan resurslarının inkişafı sahələrində tərəfdaşlığın genişləndirilməsində maraqlıdır....