Kombi ustaları məşhur aktrisanı aldadıb ondan 25 min aldılar
Aktrisa Eda Nur Hancı dələduzların qurbanı olub.
BAKU.WS xəbər verir ki, mənzilində kombisi xarab olan Eda sosial şəbəkədən usta taparaq kombisini düzəltdirmək istəyib. Bununla da, aktrisa dələduzlara rast gəlib.
Naməlum şəxslər usta paltarında Edanın evinə gələrək kombinin əsas kartının yandığını bildiriblər.
Onlar aktrisadan 25 000 lirə (təxminən 1072 AZN) alaraq gediblər.
Həmin gündən sonra özülərini kombi ustaları kimi təqdim edən şəxslərdən xəbər çıxmayıb.
Aktrisa dələduzların qurbanı olduğunu anlayıb və polisə müraciət edib.
Aparılan araşdırmalardan sonra onların kimliyi bəlli olub. Həmin şəxslər peşman olduqlarını bildirərək aktrisanın pulunu geri qaytarıblar.
Bundan sonra Eda da şikayət ərizəsini geri çəkib.
Qalereya
Oxşar xəbərlər
İranda iğtişaşlarda hüquq-mühafizə orqanlarının səkkiz əməkdaşı həlak olub
İranda baş verən son iğtişaşlar zamanı Hüquq-Mühafizə Orqanları Komandanlığının xüsusi bölmələrindən səkkiz hərbçi həyatını itirib. BAKU.WS xəbər verir ki, Koma...