Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 111-ə çatıb

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 111-ə çatıb
Video
Dünya 271

Kolumbiyanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində 111 nəfər həlak olub.

BAKU.WS "BluRadio"ya istinadən xəbər verir ki, bu barədə ölkə hakimiyyəti məlumat yayıb.

Son məlumatlara görə, ölkənin müxtəlif regionlarında yüzlərlə sakin xəsarət almış və itkin düşmüş hesab olunur.

***21:11

Kolumbiyanın qərbində baş verən zəlzələ nəticəsində azı 55 nəfər həlak olub.

BAKU.WS xəbər verir ki, bu barədə "BluRadio" radiostansiyası məlumat yayıb.

Ən çox zərər çəkmiş regionlar arasında Pereyra, Manisales və Kali yer alır.

***18:51

Kolumbiyanın qərbində 7,4 bal gücündə güclü zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, yeraltı təkanların episentri Çoko departamentindəki San-Xose-del-Palmar şəhəri yaxınlığında, Boqotadan təxminən 280 kilometr məsafədə yerləşib.

Zəlzələnin fəsadları ilə bağlı son məlumatlara əsasən, Kali şəhərində azı 20 bina dağılıb. Bəzi şəxslərin dağıntılar altında qaldığı bildirilir. Xilasetmə qrupları axtarış işlərini davam etdirir.

Zərərçəkənlərin dəqiq sayı və dağıntıların miqyası hələlik müəyyənləşdirilir.

Kolumbiyanın qərbində zəlzələ nəticəsində 13 nəfər ölüb.

"Hazırda Manisalesdə 12 nəfər ölüb", - şəhər meri Xorxe Roxas "Bluradio"ya müsahibəsində bildirib.

Şəhərdə 10-dan çox bina tamamilə, 20-dən çox yaşayış evi isə qismən dağılıb. İki xəstəxana zərər görüb, həmçinin bəzi məktəblər və kilsələr zədələnib, - o qeyd edib.

Həmçinin bildirilib ki, Kali şəhərində zəlzələ səbəbindən 19 bina çöküb, dağıntılar altında insanlar var. Bir sıra şəhərlərdə rabitədə fasilələr yaranıb. Çokoda bir nəfər ölüb, on nəfər yaralanıb, üç nəfər itkin düşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər