Kolumbiya Prezidenti sui-qəsdə məruz qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kolumbiya Prezidenti Qustavo Petro səfər zamanı istifadə etdiyi helikopterin təhlükəsizlik riski səbəbindən marşrutunu dəyişdiyini bəyan edib.
BAKU.WS xəbər verir ki, dövlət başçısı bu barədə Prezident Administrasiyasının "YouTube" kanalında yayımlanan hökumət iclası zamanı danışıb.
Onun sözlərinə görə, helikopterin atəşə tutula biləcəyi ehtimalı planlaşdırılan əraziyə enməyə imkan verməyib.
Qustavo Petro bildirib ki, uçuş zamanı göyərtədə övladları da olub. Təhlükəsizlik narahatlığı səbəbindən ekipaj alternativ istiqamət seçib.
"Helikopterin vurula biləcəyindən ehtiyat etdiyim üçün nəzərdə tutulan yerə enmədik", – deyə Prezident qeyd edib.
O, baş verənləri ölüm təhlükəsindən xilas olmaq kimi dəyərləndirib və əlavə edib ki, helikopter açıq dəniz üzərində təxminən dörd saat uçaraq əvvəlcədən planlaşdırılmayan nöqtəyə enib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...