Kliniki ölüm keçirən aktrisa: "Bir saniyədə kainatı dolandım"

"Meri Poppins, Goodbye" filmindəki rolu ilə tanınan rusiyalı aktrisa Nataliya Andreyçenko keçirdiyi klinik ölüm təcrübəsindən danışıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə "Let Talk" verilişinin efirində bildirib.
Andreyçenko 80-ci illərdə alkoqol asılılığından əziyyət çəkib və özü kömək istəməyə qərar verib. O, atası ilə Moskvadakı kiçik mənzilinə gedib və orada üç həkim adı açıqlanmayan dərman vasitəsi ilə 150 dollara əməliyyat aparıblar. Sənətçinin sözlərinə görə, dərman qəbul edildikdən sonra o, boğulmağa başlayıb və ruhunun bədənini tərk etdiyini hiss edib.
"Bir saniyədə mən eyni vaxtda Nyu-Yorkda, Parisdə oldum... Digər Qalaktikalarda baş verənləri gördüm. Amma mən fiziki dünyanı idarə etmək qabiliyyətini itirdim", - deyə Andreyçenko öz təcrübəsini təsvir edib.
Həkimlər aktrisanı həyata qaytara biliblər. Nataliyanın sözlərinə görə, bu təcrübə onun gələcək həyatına güclü təsir göstərib.
Oxşar xəbərlər
2050-ci ilə qədər bu xəstəliyə tutulanların sayı 25 milyonu keçə bilər
Parkinson xəstəliyinə tutulanların növbəti illərdəki qorxunc statistikası açıqlanıb. BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, 2050-ci ilə qədər bu xəstəli...
