Kliçko Zelenski ilə açıq mübahisəyə girib

Kliçko Zelenski ilə açıq mübahisəyə girib
Dünya 126

Kiyev meri Vitali Kliçko enerji sahəsindəki vəziyyətlə bağlı səsləndirilən ictimai tənqidlər fonunda Ukrayna Prezidenti Vladimir Zelenski ilə açıq şəkildə mübahisə edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Zerkalo nedeli" nəşri diqqət çəkib.

Belə ki, Zelenski növbəti videomüraciətində Kiyevdə enerji sahəsində çox az iş görüldüyünü bildirib, Rusiya Silahlı Qüvvələrinin zərbələri fonunda bu istiqamətdə lazımi intensivlik görmədiyini vurğulayıb. Ukrayna Prezidenti qeyd edib ki, Xarkov şəhərinin rəhbərliyi bu sahədə daha çox iş görüb.

Buna cavab olaraq Vitali Kliçko prezidentin fövqəladə vəziyyət şəraitində Kiyevdə hansı "iş intensivliyini" görmədiyi ilə maraqlanıb. O bildirib ki, bu cür açıqlamalar paytaxtın normal həyat fəaliyyətini təmin edən minlərlə mütəxəssisin əməyini dəyərsizləşdirir. Mer əlavə edib ki, mövcud vəziyyətin mürəkkəbliyi barədə sakinləri açıq və dürüst şəkildə məlumatlandırır.

"Ən azı mən vəziyyətin nə qədər ağır olduğunu gizlətmir və insanları xəbərdar edirəm. Mənim üçün hər hansı reytinqlər və xəyali seçkilər əhəmiyyət daşımır", - deyə Kliçko vurğulayıb.

Bundan əvvəl Ali Radanın energetika məsələləri üzrə komitəsinin enerji səmərəliliyi və enerjiyə qənaət üzrə altkomitəsinin sədri, deputat Sergey Naqornyak Ukraynanın enerji infrastrukturunun bərpasının ən azı bir il vaxt aparacağını bildirmişdi. Onun sözlərinə görə, hazırda bərpadan danışmaq mümkün deyil. Naqornyak iddia edib ki, Rusiya Ukrayna ərazisini enerji baxımından yarımadalara bölməyə və ölkəni vahid enerji sistemindən məhrum etməyə çalışır.

Son xəbərlər