Kliçko sakinləri Kiyevi tərk etməyə çağırıb
Kiyev sakinlərinə elektrik və istilik təchizatı ilə bağlı problemlər səbəbindən imkan daxilində şəhəri tərk etmək tövsiyə olunub.
BAKU.WS xəbər verir ki, bu çağırışla Kiyev meri Vitali Kliçko teleqram kanalında çıxış edib.
"Paytaxt sakinlərindən, əgər müvəqqəti olaraq şəhərdən kənara çıxmaq, alternativ elektrik və istilik mənbələri olan yerlərə getmək imkanı varsa, bunu etmələrini xahiş edirəm", - deyə Kliçko yazıb.
Onun sözlərinə görə, hazırda Kiyevdə çoxmənzilli yaşayış binalarının təxminən yarısı istilik təchizatından məhrum qalıb. Bundan əlavə, şəhərdə su təchizatında da fasilələr müşahidə olunur.
Şəhər rəhbərliyi zədələnmiş infrastrukturu bərpa etməyə çalışsa da, əlverişsiz hava şəraiti kommunal xidmətlərin işini daha da çətinləşdirir.
Qeyd edək ki, Vitali Kliçko daha əvvəl istilik və elektrik enerjisi ilə bağlı problemlərin yanvarın 8-dən 9-na keçən gecə şəhərə edilən genişmiqyaslı hücum nəticəsində infrastruktura dəyən ziyanla əlaqəli olduğunu bildirmişdi.
Oxşar xəbərlər
Rza Pəhləvi Trampı İrandakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb
Son İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək onu kütləvi etirazlara dəstək üçün İslam Respublikasındakı vəziyyətə müdaxi...