"Kızılcık Şerbeti"nin "Fatih"i serialdan AYRILDI
Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialında baş rolu canlandıran Doğukan Güngör layihədən uzaqlaşdırılıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, qərar aktyorun qadağan olunmuş maddələrlə bağlı aparılan analizlərinin müsbət nəticələnməsindən sonra verilib.
Məlumata görə, ötən həftə məşhurlara qarşı keçirilən əməliyyat çərçivəsində saxlanılan aktyordan saç və qan nümunələri götürülüb. Aparılan ekspertiza nəticələrinin müsbət çıxdığı bildirilir.
Bundan sonra serialın reklam materiallarından Güngörün səhnələri çıxarılıb. Layihə komandası isə "Fatih Ünal" obrazını canlandıracaq yeni aktyorun seçimi üçün axtarışlara başlayıb.
Oxşar xəbərlər
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
İranın ali dini lideri Ayətullah Əli Xameneinin müəyyən səbəblərə görə heç bir şəxs və ya qurumla əlaqə saxlamadığı iddia olunub. BAKU.WS xəbər verir ki, bu bar...