Kiyevdə Trampın adını daşıyan iki kafenin adı dəyişdirilib
ABŞ Ukraynaya yardımını dayandırdıqdan sonra Kiyevdə Ağ Evin rəhbəri Donald Trampın adını daşıyan iki kafenin adı dəyişdirilib,
BAKU.WS "The Sun" qəzetinə istinadən xəbər verir ki, söhbət "Trump Coffee Bar" və "Trump Pizza Station"dan gedir.
Belə ki, ilk müəssisənin sahibi Facebook-da qeyd edib ki, o, indi "Frank Coffee Bar" adlanır.
"Adını dəyişirik, amma eyni qalır. Rebrendinqimizin vaxtı çatıb və indi bizim müəssisəmizin yeni adı var - FRANK", - mesajda deyilir.
Bundan əvvəl Forbes ABŞ-ın Ukraynaya ötürülən F-16 qırıcıları üçün texniki dəstəyi və komponentlərin tədarükünü dayandırdığını bildirmişdi.
Forbes-in fikrincə, dəstəyin olmaması Ukrayna Hərbi Hava Qüvvələrinin imkanlarını ciddi şəkildə zəiflədə bilər.
Oxşar xəbərlər
ABŞ İrana zərbələr üçün Britaniyaya əlavə bombardmançılar göndərib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd "B-52H Stratofortress" strateji bombardmançısı İrandakı hədəflərə zərbələr üçün Böyük Britaniyadakı Ferford aviabazası...