KİV: İsrailin şimalına edilən dron hücumu nəticəsində xəsarət alanların sayı 67-yə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Livan ərazisindən İsrailin şimalında yerləşən Binyamin şəhərinə atılan dron nəticəsində xəsarət alanların sayı 67-yə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb. Telekanal xəsarət alanlardan dördünün vəziyyətinin kritik, onunun vəziyyətinin ağır olduğunu deyir.
Məlumata görə, hava hücumu zamanı şəhərdəki hava hücumu həyəcanı siqnalı işə düşməyib. Telekanal İsrail ordusunun siqnalın nə səbəbə işə düşməməsini araşdırdığını deyib.
***22.44
Livan ərazisindən İsrailin şimalındakı Binyamin şəhərinə buraxılan pilotsuz qurğunun partlaması nəticəsində ən azı 40 nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb. Xəsarət alanlardan üçünün vəziyyətinin kritik olduğu bildirilir.
Telekanal rayonda hava həyəcanı siqnalının işə düşmədiyini xəbər verir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...