KİV: İranla münaqişənin ilk altı günü ABŞ-yə 11 milyard dollardan çox ziyan dəyib

KİV: İranla münaqişənin ilk altı günü ABŞ-yə 11 milyard dollardan çox ziyan dəyib
Dünya 28

İran münaqişəsinin ilk altı günü ABŞ-yə 11 milyard dollardan baha başa gəlib.

BAKU.WS "New York Times"a istinadən xəbər verir ki, bu barədə Pentaqon keçirilən brifinqdə məlumat yayıb.

Bildirilib ki, İrana qarşı müharibənin ilk həftəsi ABŞ-yə 11,3 milyard dollardan çox başa gəlib. Hesabatda münaqişənin silah və resursları tükəndirdiyi də vurğulanıb.

ABŞ mediasının məlumatına görə, müdafiə rəsmiləri əvvəllər Konqresə döyüşlərin ilk iki günündə təxminən 5,6 milyard dollar dəyərində sursatın xərcləndiyini bildirib ki, bu da əvvəlki ictimai hesablamalardan xeyli yüksəkdir.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) müstəqil beyin mərkəzi hesablamalarına görə, İrana qarşı aparılan əməliyyatların ilk 100 saatı 3,7 milyard dollara və ya gündə 891 milyon dollardan çoxa başa gəlib.

Ümumilikdə isə ABŞ-nin müharibəyə gündə 1 milyard dollar xərclədiyi qeyd edilib.

Son xəbərlər