KİV: İran və "Avropa Üçlüyü"nün Cenevrədəki bugünkü görüşü nəticəsiz qalıb

İran və "Avropa Üçlüyü" nümayəndələrinin bu axşam Cenevrədəki görüşü nəzərəçarpacaq irəliləyiş olmadan baş tutub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Devid "X" sosial şəbəkəsində yazıb.
Qeyd olunur ki, bu, Avropa güclərinin İranın nüvə proqramı ilə bağlı müəyyən etdiyi müddətə 5 gün qalmış baş verib.
Mənbələrin bildirdiyinə görə, İran tərəfi tələblərin yerinə yetirilməsi üçün konkret addımlar təklif etməyib: ABŞ ilə danışıqların bərpası, BMT müfəttişlərinin İsrailin hücumları nəticəsində zədələnmiş nüvə obyektlərinə çıxışının təmin edilməsi və İranda qalan 60 % zənginləşdirilmiş uran ehtiyatları.
"Axios"un fikrincə, irəliləyişin olmaması tələblərin avqustun 31-dək yerinə yetirilməyəcəyi təqdirdə Avropa ölkələrinin "Snapback" mexanizmini işə salması ehtimalını xeyli artırır.
"Snapback" 2015-ci il nüvə sazişinin bir hissəsi olan hüquqi mexanizmdir və sazişi pozarsa, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına səbəb olur.
Oxşar xəbərlər
Zelenski - Putin danışıqları Türkiyədə baş tuta bilər
Ukrayna Prezidenti Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar Türkiyədə baş tuta bilər. BAKU.WS "Report"a istinadən xəbər verir...
