KİV: İran qlobal internetdən tam ayrılmağa hazırlaşır - "Milli internet" yaradır
Yeniliklərdən dərhal xəbərdar olun
İran hakimiyyəti qlobal internetdən tam ayrılaraq yalnız ölkədaxili "milli internet" şəbəkəsinə keçməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "Guardian" nəşri yazıb.
Məlumata görə, hökumət yoxlamasından keçən şəxslər qlobal internetin filtrdən keçirilmiş versiyasına çıxış əldə edəcək. Digər vətəndaşlar isə yalnız xarici şəbəkələrdən tam izolyasiya olunmuş milli internetdən istifadə edə biləcəklər.
Xatırladaq ki, yanvarın 8-də İranda internet və bəzi bölgələrdə telefon rabitəsi məhdudlaşdırılıb. Bu addımlar 2025-ci ilin sonundan başlayan kütləvi etirazlar fonunda atılıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...