KİV: İran özünün nüvə proqramı ilə bağlı danışıqlar aparmayacaq
İran ənənəvi silahları, o cümlədən raket proqramı ilə bağlı hər hansı müzakirələrə getmək niyyətində olmadığını açıqlayıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmisi Nyu-Yorkda jurnalistlərə danışıb.
Rəsmi bildirib ki, Tehran konvensional silahlar, o cümlədən raketlərlə bağlı danışıqları istisna edir: "Bu sahədə riskə getməyəcəyik və heç bir müzakirə aparmayacağıq".
Bununla yanaşı, o qeyd edib ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSYM) çərçivəsində öhdəliklərinə sadiqdir və ölkənin dinc nüvə enerjisindən istifadə hüququna təminat verən təşəbbüsləri müzakirə etməyə hazırdır.
Rəsmiyə görə, mümkün danışıqların əsas məqsədi birtərəfli sanksiyaların ləğvinə nail olmaqdır. O, həmçinin əlavə edib ki, Tehran "uğursuzluqla nəticələnəcəyi əvvəlcədən bəlli olan və yeni hərbi qarşıdurmaya zəmin yarada biləcək" proseslərdə iştirak etmək istəmir.
Oxşar xəbərlər
İranda küçədə qadın etirazçıya hücumun GÖRÜNTÜLƏRİ YAYILDI
İranda yanvarın 8-də çəkildiyi ehtimal edilən videogörüntü ölkədə etirazçılara qarşı tətbiq edilən zorakılığın miqyası ilə bağlı yenidən suallar doğurur. Sosial...