KİV: İran ABŞ ilə sazişdən imtina etdi - Regionda gərginlik pik həddə
Yeniliklərdən dərhal xəbərdar olun
Tehran ABŞ-nin hədələri səbəbindən Vaşinqtonla yekun tənzimləmə barədə danışıqları dayandırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə İranın yüksəkvəzifəli rəsmisi məlumat verib.
"ABŞ Prezidenti Donald Trampın İran xalqına qarşı birbaşa hədələri və Vaşinqtonun öz öhdəliklərini dəfələrlə pozması səbəbindən İran ABŞ ilə yekun sazişin imzalanmasına dair danışıqları dayandırıb", - deyə agentliyin həmsöhbəti bildirib.
Mənbənin sözlərinə görə, Birləşmiş Ştatların İrana qarşı hər hansı hərbi təcavüzü əvvəlkindən daha genişmiqyaslı və qətiyyətli cavabla qarşılanacaq:
"Öz öhdəliklərini pozmaqda davam edən ABŞ İranın cənub adalarına hücum edib. Bu təcavüz, İslamabad Anlaşma Memorandumunun kobud şəkildə pozulmasıdır. Buna cavab olaraq İran ABŞ-nin regiondakı mövqelərinə genişmiqyaslı cavab zərbələri endirib. Tehran Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, bundan sonra atılacaq hər hansı hərbi addım daha sərt və genişmiqyaslı cavab tədbirləri ilə qarşılanacaq".
Mənbə, həmçinin ABŞ-nin Hörmüz boğazı ilə bağlı razılaşmaları pozduğunu və boğaz üzərində nəzarətin İranın protokollarına uyğun şəkildə həyata keçiriləcəyini vurğulayıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...