KİV: Əsəd devrilməmişdən əvvəl ABŞ ilə razılaşmadan imtina edib
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyanın artıq keçmiş prezidenti Bəşər Əsəd devrilməmişdən əvvəl ABŞ-nin sanksiyalarının tədricən ləğvi qarşılığında Tehrana logistik yardımı dayandırmaq təklifini rədd edib.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Suriyanın keçmiş diplomatı Bəssam Bərəbəndiyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, aktiv hərbi əməliyyatların başlamasına bir neçə həftə qalmış Vaşinqton BƏƏ-nin vasitəçiliyi ilə Əsədə "Hizbullah"ın təminatı üçün Suriya ərazisindən istifadənin qadağan olunmasını etməyi təklif edib.
Bunun müqabilində isə amerikalılar Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvini vəd ediblər. Lakin Əsəd bu təklifi rədd edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...