KİV: Əs-Suveydada ərəb bədəviləri kütləvi şəkildə öldürülüb

KİV: Əs-Suveydada ərəb bədəviləri kütləvi şəkildə öldürülüb
Dünya 95

Suriyada hökumət qoşunları Əs-Suveyda şəhərini tərk etdikdən sonra qeyri-qanuni silahlı qruplaşmlar ərəb bədəvilərini kütləvi şəkildə qətlə yetiriblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu iddia ilə SANA agentliyi çıxış edib.

Agentliyin mənbələrinin məlumatına görə, şəhərin şərqindəki əl-Mikuas bölgəsində qadın və uşaqlar da daxil olmaqla, mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi baş verib. Bu hücumlar nəticəsində ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil. Qeyd olunur ki, sağ qalan bədəvilər yeni hücumlarla bağlı təhlükəyə görə tələsik şəkildə yaşayış yerlərini tərk edirlər.

Suriyanın "Al Watan" qəzeti isə öz növbəsində iddia edir ki, Əs-Suveydadakı iğtişaşların arxasında İsraillə yaxınlaşmanı və bir gün əvvəl Dəməşqdə hakimiyyətə itaətsizliyə çağıran radikal druz şeyxi Hikmət əl-Həcərinin tərəfdarları dayanır.

Xatırladaq ki, iyulun 16-da axşam saatlarında Suriya Müdafiə Nazirliyi əldə olunmuş atəşkəs razılaşmasına uyğun olaraq bütün hərbi qüvvələrin Əs-Suveyda şəhərindən çıxarıldığını elan edib. Druzların ruhani lideri şeyx Yusef Carbua Hikmət əl-Həcəridən fərqli olaraq, hərbi əməliyyatların tam dayandırılması ilə bağlı razılaşmanı alqışlayıb.

Son xəbərlər