Kişi çarpayısını maşına çevirib magistral yolda sürdü - MƏŞHURLAŞDI
Hindistandan olan kişi çarpayısını maşına çevirərək sosial şəbəkələrdə məşhurlaşıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Qərbi Benqal sakini Navab Şeyx adi çarpayını avtomobilə çevirərək interneti təəccübləndirib.
Onun çarpayısının dörd təkəri, mühərriki, əyləc və hətta yan güzgüləri belə var.
Sosial şəbəkə istifadəçiləri kişinin yaradıcılığına fərqli reaksiya veriblər. Bəziləri onun mühəndislik bacarıqlarına heyran qalıb, lakin belə bir nəqliyyat vasitəsi ilə səyahət etməyin qanuniliyini şübhə altına alanlar da az olmayıb.
Məlum olub ki, ixtira ilə polis də məşğul olub. Camaatın heyranlığına baxmayaraq, magistral yolda yaranan tıxac səbəbindən Şeyx saxlanılıb və onun "yatmış maşını" sökülüb.
Nəvabın sözlərinə görə, bu ideyanın həyata keçirilməsi üçün bir ildən çox vaxt və təxminən 2400 dollar tələb olunub.
Oxşar xəbərlər
Mərakeşdə sel və fırtına: ölənlərin sayı 21-ə yüksəldi
Mərakeşdə güclü sel və şiddətli fırtına ciddi fəsadlara yol açıb. Yerli mənbələrin məlumatına görə, ölkənin Asfi şəhərində baş verən təbii fəlakət nəticəsində h...