Kiprdəki Böyük Britaniya Hərbi bazasına PUA hücumu olub
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın Kiprdə yerləşən hərbi hava bazasına pilotsuz uçuş aparatı ilə hücum edilib, xəsarət alan olmayıb.
BAKU.WS "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Kipr Prezidenti Nikos Christodoulides adadakı Böyük Britaniyaya məxsus RAF Akrotiri bazasına edilən hücumla bağlı açıqlama verib.
O bildirib ki, gecə saatlarında baş verən insident İran istehsalı olan "Shahed" tipli pilotsuz uçuş aparatı vasitəsilə törədilib və nəticədə obyektə cüzi maddi ziyan dəyib.
Prezident vurğulayıb ki, Kipr heç bir formada hərbi əməliyyatlarda iştirak etmir və belə planı yoxdur. O əlavə edib ki, yaranmış vəziyyətlə bağlı Avropa liderləri və digər tərəfdaşlarla daim əlaqə saxlayır.
Xatırladaq ki, şənbə günü - fevralın 28-i İsrail İrana raket zərbələri endirib. Daha sonra ABŞ hücumları İsraillə birgə həyata keçirdiyini bəyan edib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Hücumlar nəticəsində İranın Ali Dini lideri Əli Xamaneyi və ölkənin bir sıra yüksək rütbəli şəxsləri öldürülüb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...