Kayman adaları sahillərində akula məşhur fotoqrafı dişləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Kayman adalarının Kiçik Kayman adası sahillərində sualtı fotoqraf akulanın hücumuna məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Cayman Compass" məlumat yayıb.
Hadisə fevralın 6-sı axşam saatlarında baş verib. Fotoqraf Berkli Uayt sualtı skuterdə bərkidilmiş kamera ilə suya enərək kürütökmə dövründə olan qruper balıqlarını çəkirmiş. Bu zaman təxminən iki metr uzunluğunda pələng akulası ona yaxınlaşaraq bud nahiyəsindən dişləyib.
Yerli sakin Piter Hillenbrandın sözlərinə görə, hücum "araşdırıcı xarakterli" olub. Dişləmə yüngül olub və kişinin həyatı üçün təhlükə yaranmayıb. Lakin adada tam təchiz olunmuş xəstəxana olmadığından o, təcili helikopterlə Böyük Kayman adasına təxliyə edilib.
Ətraf Mühit Departamentinin açıqlamasında bildirilib ki, gənc akulaları kürütökmə ərazilərindəki fəallıq cəlb edir və zəif görünüş şəraitində yırtıcı operatoru ov hesab etmiş ola bilər. Bununla belə, akula dərhal uzaqlaşıb və hücumu davam etdirməyib. Qeyd olunur ki, Kayman adaları sahillərində akula hücumları son dərəcə nadir hallarda baş verir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...