"Kara Sevda"nın final bölümü İtaliyada 3 milyon insanı YASA BOĞDU
![Kara Sevdanın final bölümü İtaliyada 3 milyon insanı YASA BOĞDU](https://baku.ws/storage/photos/uploads/thumbs/large/8Spzx8iMRmIfz759nMkhQckGLhzc8zdnveAOfT1X.webp)
Uzun müddətdir İtaliya televiziyasında nümayiş olunan "Kara Sevda" serialının son bölümü yayımlanıb.
BAKU.WS xəbər verir ki, ekran işində Kemal obrazının faciəvi ölüm səhnəsi hərkəsi göz yaşına boğub.
Layihə ölkə reytinqində ilk yerə yüksəlib və 3 milyon insan tərəfindən izlənilib. Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.
İzləyicilər Neslihanın serialdakı rolunu yaşayaraq canladndırdığı bildiriblər.
Xatırladaq ki, "Kara Sevda" Türkiyə serial tarixində uğurlu layihə kimi dəyərləndirilir. Ekran işi dünyanın 110-dan çox ölkəsində yayımlanaraq 50-dən artıq dilə çevrilib.
Bunlar arasında İtaliya ilə yanaşı, Rusiya, Yunanıstan, Macarıstan, İran, Fransa, Serbiya, Ruminya, Almanya, İraq, İspanya, Meksika kimi ölkələr var.
"Kara Sevda" ABŞ-də ən çox izlənilən türk serialı olub. Serialda Kemal Soydere adlı gənclə varlı Nihan Sezen adlı qızın eşq hekayəsindən bəhs edilir. Rollarda Neslihan Atagül Doğulu, Burak Özçivit və Kaan Urgancıoğlu kimi aktyorlar çəkiliblər.
Oxşar xəbərlər
Məşhur reperə autizm diaqnozu qoyuldu
Məşhur reper Kanye Westə autizm diaqnozu qoyulub. BAKU.WS xəbər verir ki, bu barədə reper özü bildirib. "The Download" adlı layihəyə qonaq olan Kanye həyat yol...
![](/images/banners/placeholder_home_right_az.jpg)