Kanadalı qadın Miss Universe-də Fələstini təmsil edəcək

Kanadalı qadın Miss Universe-də Fələstini təmsil edəcək
Dünya 32

Bu il Taylandda keçiriləcək Miss Universe yarışmasında Fələstini Kanadada böyüyən 27 yaşlı Nadin Ayub təmsil edəcək. Ayub həm də "Miss Fələstin" təşkilatının təsisçisi və rəhbəri kimi tanınır.

BAKU.WS xəbər verir ki, o, Instagram hesabında 1,1 milyon izləyicisinə "Sadəcə Miss Fələstin deyil, eyni zamanda eşidilməyə haqqı olanların səsi olmaqdan qürur duyuram" sözlərini yazaraq "Miss Universe Palestine" yazılı lentlə fotosunu paylaşıb.

Ayub bildirib ki, bu titulu 2022-ci ildə alıb, lakin 7 oktyabr hadisələrinə görə yarışmaya qatılma planını təxirə salıb. Onun Qəzzadakı vəziyyəti "soyqırım" adlandırması İsrail mediasında müzakirələrə səbəb olub.

Miss Universe təşkilatı isə yarışmanın siyasi deyil, inklüziv platforma olduğunu açıqlayıb.

Son xəbərlər