Kamçatkada iki güclü zəlzələ baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının yaydığı məlumata əsasən, Kamçatka sahillərində biri 5.8, digəri isə 6 maqnitudalı olmaqla iki yeraltı təkan qeydə alınıb.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, 5.8 bal gücündəki zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 204 kilometr aralıda yerləşib, yeraltı təkanın ocağı isə 10 kilometr dərinlikdə olub.
Digər, daha güclü - 6 maqnitudalı təkan isə vilayət mərkəzindən 210 kilometr uzaqlıqda, 16.6 kilometr dərinlikdə baş verib.
Hazırda hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...