Kaliforniyada meşə yanğını sürətlə böyüyür: Minlərlə hektar ərazi alov içində, təxliyələr başladı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Kaliforniya ştatında baş verən güclü meşə yanğını qısa müddətdə geniş əraziyə yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, ştatın cənubunda qeydə alınan yanğın artıq təxminən 2 700 akr (10,9 kvadrat kilometr) ərazini əhatə edib. Bölgədə müşahidə olunan yüksək temperatur və əlverişsiz hava şəraiti alovun daha da genişlənməsi riskini artırıb.
Yerli hakimiyyət orqanları təhlükəsizlik məqsədilə yanğın zonasına yaxın yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə başlayıb.
Yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir. Hazırda alovun yayılmasının qarşısını almaq üçün hava və quru qüvvələri cəlb olunub. Yanğının başvermə səbəbi ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...