Kainatda gedən bu proses insanlarda xərçəng yaradır
Yeniliklərdən dərhal xəbərdar olun
Kainatda baş verən ən böyük enerji partlamaları (supernovalar) Yer sakinlərində xərçəng xəstəliyinə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, bunu, Moskva Dövlət Universitetinin Fizika fakültəsinin dosenti Vladimir Surdin 360.ru-ya açıqlamasında bildirib.
Alimin fikrincə, süni və ya təbii istənilən şüalanma onkoloji xəstəliyin yaranmasına təkan verə bilər.
Surdin, kosmosda partlayışların bir çox minilliklər ərzində baş verdiyini deyib.
"Günəşdə tez-tez partlayışlar olur və bu astronavtlar üçün təhlükəlidirlər. Fövqəlnovalar son dərəcə nadirdir, bir neçə əsrdə bir olur və siz onlara fikir verməməlisiniz", - deyə astronom izah edib.
Xatırladaq ki, oktyabrın 26-da Günəş son iki gündə ikinci ən yüksək partlayışını yaşayıb. Bundan əvvəl Günəşin səthində iri aktiv mərkəzdə X3.3 səviyyəli güclü partlayış qeydə alınıb. Bu, Yerdə zəif maqnit fırtınalarına səbəb ola bilər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...