Kafein qəbulu Alzheimer riskini azaldır
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada aparılan bir araşdırmada kafeinin Alzheimer riskini azaltdığı ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, təcrübə zamanı 2010-2015-ci illərdə Alzheimer xəstəliyi diaqnozu qoyulan adamlar sınaqdan keçirilib.
Ümumilikdə yaşı 70-dən çox 263 şəxs iştirak edib.
Gündəlik olaraq qəbul edilən qəhvə, şokolad, çay və qazlı içkilərin tərkibindəki kafeinin onların xəstəliyinə necə təsir etdiyi araşdırılıb.
Daha sonra gündə ortalama olaraq 200 milliqramdan artıq kafein qəbul edənlər "Zəif", bundan artıq kafein qəbul edənlər isə "Yüksək" kateqoriyaya daxil olub.
Nəticələr göstərib ki, daha az kofein istehlakı yaddaş problemləri ilə bağlı yüngül koqnitiv geriləmə riskini artırır.
"Alzheimer"s & Dementia" jurnalında yayımlanan araşdırmaya görə, kafeinin nə vaxt və necə istehlak edilməsinə diqqət yetirmək lazımdır.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...