Joze Mourinyo öz şərab brendini təqdim etdi - Qiyməti…
Yeniliklərdən dərhal xəbərdar olun
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo özünün "The Special One" adlı şərab brendinin istifadəyə verildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat brendin saytında yer alıb.
"Bütün işlərimdə dəqiqliyi, keyfiyyəti və mükəmməlliyi qiymətləndirən biri kimi mən öz şərabımı təqdim etməkdən qürur duyuram. O, Portuqaliyanın sevimli bölgəsində hazırlanır və əl ilə seçilir", - Mourinyo qeyd edib.
Qeyd edək ki, qırmızı şərab üçün qablaşdırma unikal - Mourinyonun siluetini əks etdirən etiketli qutudur. Bir şüşə qırmızı şərabın qiyməti 120 avrodur.
Xatırladaq ki, 19 turun nəticəsinə əsasən, "Fənərbağça" Türkiyə çempionatının turnir cədvəlində ikinci yerdədir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...