İtkin pişik tapılmasa, əri boşanacaq – qadın göz yaşlarına boğuldu

İtkin pişik tapılmasa, əri boşanacaq – qadın göz yaşlarına boğuldu
Dünya 220

Türkiyənin Adana şəhərində pişiyi itən qadın onu tapana 15 min lirə mükafat verəcəyini açıqlayıb. O bildirib ki, əgər sevimli pişiyi tapılmasa, heyvanı çox sevən həyat yoldaşı onu boşayacağını deyib.

BAKU.WS xəbər verir ki, Zeynəb Eğri üç gün əvvəl "Diablo" adını verdiyi, amma "Mamak" deyə səsləndikdə gələn scoottish fold cinsli pişiyini Adananın 75402-ci küçəsində yaşayan atasına tapşırıb. Lakin pişik bir müddət sonra itib və ondan xəbər almaq mümkün olmayıb.

"Ərim deyib ki, pişiyə bir şey olsa, səni boşayaram"

Zeynəb Eğri deyir ki, əri Hamza Eğri də pişiyi çox sevirmiş:
"Üç gündür pişiyimizdən xəbər ala bilmirik. Əvvəllər də getmişdi, amma qayıtmışdı. Bu dəfə gəlmədi. Ərim iş üçün xaricə gedərkən "pişiyə yaxşı bax, ona bir şey olsa səni boşayaram" demişdi. İndi pişiyim itib, ona mı ağlayım, yoxsa ərim məni boşayacaq deyə ona mı yanım, bilmirəm. Çox pis vəziyyətdəyəm".

"Tapana 15 min lirə mükafat verəcəyəm"

Pişiyin tapılmasını çox arzulayan qadın bildirib:
"Pişiyimiz bizim hər şeyimizdir. Onu tapana 15 min lirə mükafat verəcəyəm. Yalnız onu bizə qaytarsınlar. Üstəlik, onun 3 balası var, istəyənə balalardan da hədiyyə edə bilərəm, təki pişiyim geri gəlsin. Ərim xaricdədir, amma mən pişiyi daha çox darıxıram. Onsuz həyat düşünə bilmirəm", – deyə göz yaşları içində danışıb.

Son xəbərlər