İtkin düşmüş kişi solaryumda tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də itkin düşmüş bir kişinin qalıqları solaryumda tapılıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, itkin düşən kişi solaryumda cansız vəziyyətdə tapılıb.
Ailəsi 39 yaşlı Derek Sinkanın noyabrın 8-də cümə günü idman zalında yerləşən solaryuma getdiyini və sonra yoxa çıxdığını bildirib. Həmin günlərdə ailəsi onunla əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib və onun itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.
Bazar ertəsi səhər polisə Planet Fitness solaryumundakı kabinələrdən birində qalıqların tapılması barədə zəng daxil olub. Tibbi ekspertlər müəyyən ediblər ki, qalıqlar Sinkaya məxsusdur.
Məlum olub ki, kişi solaryumda iki gün boyunca hərəkətsiz qalıb. Bu, onun ayağında olan elektron bilərzik vasitəsilə dəqiqləşdirilib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...