İtaliyanın baş naziri 2026-cı illə bağlı pessimist proqnoz verib

İtaliyanın baş naziri 2026-cı illə bağlı pessimist proqnoz verib
Dünya 64

İtaliyanın baş naziri Corcia Meloni bildirib ki, başa çatmaqda olan 2025-ci il hər kəs üçün çətin olub, lakin 2026-cı il daha da ağır keçəcək.

BAKU.WS xəbər verir ki, bu barədə o, Milad bayramı münasibətilə keçirilən təbrik mərasimi zamanı danışıb.

"Geridə qalan il hamımız üçün çətin oldu, amma narahat olmayın, çünki növbəti il daha da pis olacaq", – deyə Meloni bildirib.

O, tədbirdə iştirak edənlərə bayram günlərində dincəlməyi, daha sonra isə yeni güclə işə başlamağı tövsiyə edib.

Bundan əvvəl Avropanın "Politico" nəşrinin icmalçısı Ceymi Dettmer Ukraynadakı münaqişənin 2026-cı ildə Kiyev üçün son dərəcə əlverişsiz şərtlərlə başa çata biləcəyini istisna etməyib. Jurnalistin sözlərinə görə, Avropa dondurulmuş Rusiya aktivlərini müsadirə etməmək qərarı ilə Ukraynanı çətin vəziyyətdə qoyub.

Dettmer qeyd edib ki, bundan sonra Avropanın Kiyevi dəstəkləməsi getdikcə daha çətin olacaq və Avropa ölkələrinin 90 milyard avro məbləğində ümumi krediti Ukraynanın bütün ehtiyaclarını qarşılamaq üçün kifayət etməyəcək. Onun fikrincə, Aİ büdcəsindən ayrılan bu kredit Ukraynaya yalnız 2026-cı ilin ilk ayları üçün yetərli olacaq.

Son xəbərlər