İtaliyada 6 milyon dəyəri olan Pikassonun naməlum tablosu tapılıb

İtaliyada 6 milyon dəyəri olan Pikassonun naməlum tablosu tapılıb
Dünya 44

Pikassonun 6 milyon avro dəyərində naməlum əsəri köhnə əşyalar satan şəxsin evində tapılıb.

BAKU.WS "The Guardian"a istinadən xəbər verir ki, kubizmin banisi Pablo Pikassonun naməlum portreti onilliklərdir İtaliyada köhnə əşyalar satan şəxsin evində tapılıb.

Əfsanəvi ispan rəssamının bu əsərini, hazırda altı milyon avro (təxminən 630 milyon rubl) dəyərində qiymətləndirilən portreti 1962-ci ildə Luigi Lo Rosso tapıb.

Kişi Kapri adasındakı bir evin əşyalarını boşaldarkən qəribə bir portret aşkar edib. "Atam özü də Kapridən idi və hər cür köhnə əşyalar toplayaraq onları ucuz qiymətə satmaqla məşğul olurdu" - deyə köhnə əşyalar satıcısının oğlu danışıb:

"O, bu rəsm əsərini mən doğulmamışdan əvvəl tapıb və Pikassonun kim olduğunu bilmirdi. Ümumiyyətlə, o, çox da mədəni insan deyildi."

Rosso portreti özü ilə Pompeyə gətirib və ucuz bir çərçivədə qonaq otağının divarına asıb. Onun həyat yoldaşı isə bu vəziyyətdən narazı idi: portreti "iyrənc" adlandırır və ondan qurtulmağı arzulayırdı. Buna baxmayaraq, kubizm üslubunda çəkilmiş rəsm əsəri Rossoların evində onilliklər boyunca divardan asılı qalıb.

Son xəbərlər