İtaliya təlim missiyası çərçivəsində Rumıniyaya 100 əsgər və qırıcı təyyarələr göndərəcək
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya Rumıniya qoşunlarının təlimi çərçivəsində bu ölkəyə Rumıniyaya təxminən 100 əsgər və bir neçə qırıcı təyyarə göndərəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "La Repubblica" xəbər verib.
Əməliyyatın 15 iyunda başlayacağı və bir ay davam edəcəyi bildirilir.
Bu, adi NATO hava polisi missiyasından fərqlənir və Konstansadakı Mixail Koqelniçanu Hava Bazasında keçiriləcək. Rumıniya qoşunlarına dronları vurmaq üçün təlim keçiləcək.
Missiyanı qırıcı təyyarələr müşayiət edəcək, söhbət pilotsuz uçuş aparatlarını vurmaqda ixtisaslaşmış dronlardan gedir.
Qeyd olunur ki, missiya əvvəllər planlaşdırılıb, lakin o, mayın 29-da Rumıniyanın Qalaçi şəhərində Rusiya pilotsuz təyyarəsi ilə baş verən hadisə ilə sürətləndirilib.
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu iddia edir
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının şərqində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. BAKU.WS xə...