İsveçrədə milli matəm elan edilib
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçrə hakimiyyəti Kran-Montana dağ-xizək kurortunda yerləşən barda baş vermiş və 40 nəfərin ölümü ilə nəticələnən faciəvi yanğından sonra 9 yanvarı milli matəm günü elan etməyə hazırlaşır.
BAKU.WS-in məlumatına görə, İsveçrə Konfederasiyasının prezidenti Gi Parmelin bu barədə "Tages-Anzeiger" nəşrinə verdiyi müsahibədə açıqlama verib. Onun sözlərinə görə, həmin tarixdə federal hakimiyyət ölkə kilsələri ilə birgə ümummilli matəm tədbirləri keçirməyi planlaşdırır.
Prezidentin bildirdiyinə görə, 9 yanvar günü Kran-Montanada təşkil olunacaq xatirə mərasimində şəxsən iştirak edəcək. Milli həmrəyliyin ifadəsi olaraq saat 14:00-da matəm tədbirinin başlanğıcı ilə eyni vaxtda İsveçrə üzrə bütün kilsələrdə zənglər səsləndiriləcək. Eyni zamanda ölkə miqyasında bir dəqiqəlik sükut elan olunacaq.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...