İsveçrədə "İntihar kapsulu" qalmaqalı, 4 nəfər saxlanıldı

İsveçrədə İntihar kapsulu qalmaqalı, 4 nəfər saxlanıldı
Dünya 191

İsveçrədə ilk dəfə "intihar kapsulu" işə salınıb. Bir nəfər kapsula girərək intihar edib.

BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, kapsul ölkənin şimalında Almaniya ilə sərhəddə ərazidəki meşəlikdə bir evdə yerləşdirilib.

Polisdən verilən açıqlamada bildirilib ki, prokurorlar "intihara təşviq və yardım" cinayətinə görə bir sıra şübhəli şəxslər barəsində istintaq başladıblar.

"Sarco" adlı kapsual girən adam bir neçə dəqiqəyə vəfat edir. Kapsuldakı bir düyməyə basılır və oksigen qazı azotla əvəz olunur. Bundan sonra həmin şəxs huşunu itirir və vəfat edir. Bu kapsuldan istifadə edən şəxsin uzun müddətdir immuniteti olmayan 64 yaşlı amerikalı qadın olduğu bildirilib.

Hadisə bütün ölkəni ayağa qaldırıb. "İntihar kapsulu"ndakı şəxsin ölümünə görə 4 nəfər saxlanılıb.

Xatırladaq ki, "Sarco" adlı kapsul ilk dəfə 1990-cı illərdə bəri ekspert dəstəyi ilə intihar mövzusundakı işi ilə məşhur olan keçmiş həkim Filip Nitschke tərəfindən hazırlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər