İsveçrədə "niqab qadağası" qüvvəyə mindi
Yeniliklərdən dərhal xəbərdar olun
1 yanvar 2025-ci ildən etibarən İsveçrədə ictimai yerlərdə üzü tamamilə örtən geyimlərin geyilməsi qadağan edildi.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, yeni qanun küçələrdə, ictimai nəqliyyat vasitələrində, ictimai ofislərdə, restoranlarda və mağazalarda üzü örtən geyimlərə icazə vermir.
Hökumət bu qanunun ictimai təhlükəsizliyi artırmağı və cəmiyyətin həmrəyliyini təmin etməyi hədəflədiyini bildirib. 2021-ci ildə keçirilən referendumda 51,2% səs çoxluğu ilə qəbul edilən bu qanun ölkədə müzakirələrə səbəb olub.
Lakin dini ibadət yerləri və müqəddəs məkanlar bu qadağadan istisna tutulur. Eyni zamanda, sağlamlıq, təhlükəsizlik, hava şəraiti, ənənəvi tədbirlər və reklam məqsədilə üzü örtmək də istisnalar arasında yer alır.
Qanunu pozanlar üçün 1000 İsveçrə frankına (təxminən 1100 dollar) qədər cərimə nəzərdə tutulub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...