İstanbulda məşhurlarla bağlı narkotik qalmaqalı: telefon şifrələri təhvil verildi, yeni həbslər gözlənilir

İstanbulda məşhurlarla bağlı narkotik qalmaqalı: telefon şifrələri təhvil verildi, yeni həbslər gözlənilir
Dünya 35

İstanbulda məşhur şəxsləri əhatə edən narkotik və fahişəliklə bağlı istintaqda 12 nəfər həbs edilib.

BAKU.WS xəbər verir ki, ümumilikdə 17 şübhəli saxlanılıb, onlardan bəziləri sərbəst buraxılıb. Həbs olunan şəxslər mobil telefonlarının şifrələrini prokurorluğa təqdim ediblər. Telefonların araşdırılması nəticəsində yeni adların üzə çıxacağı istisna edilmir.

Həbs edilənlər arasında model Buse İskəndəroğlu, iş adamı Zohaer Majhadi və bir neçə məkan sahibi var. Bəzi sosial media fenomenləri isə adli nəzarət şərti ilə azadlığa buraxılıb. Prokurorluq istintaqın ictimai əxlaqın qorunması məqsədi daşıdığını bildirib.

Narkotik istifadəsi ilə bağlı məlumatlar olan "Kütüphane", "Bebek Otel" və "Amaya" adlı məkanlar bir ay müddətinə bağlanıb. İstintaq davam edir və yeni saxlanılmalar mümkündür.

Son xəbərlər