İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbul şəhərində bərə səfəri zamanı itkin düşən azərbaycanlı qadının cəsədi aşkarlanıb.
BAKU.WS xəbər verir ki, hadisə Kadıköy – Beşiktaş marşrutu üzrə hərəkət edən sərnişin bərəsində qeydə alınıb.
Məlumata görə, 44 yaşlı Azərbaycan vətəndaşı Məxfurə Hüseynova mayın 2-si axşam saatlarında Kadıköydən bərəyə minsə də, onun Beşiktaşda düşdüyünü təsdiqləyən heç bir görüntü əldə olunmayıb. Qadına məxsus çanta isə bərədə tapılıb.
Hadisədən sonra aidiyyəti qurumlar tərəfindən dənizdə genişmiqyaslı axtarış tədbirləri həyata keçirilib. Görülən işlər nəticəsində qadının meyiti Haydarpaşa sahili yaxınlığında aşkarlanıb.
Cəsəd müvafiq tibbi ekspertizaya təqdim edilib və faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...