İstanbulda baş verən zəlzələdən sonra Naci Görür və Ahmet Ercandan maraqlı açıqlama
Mərmərə dənizində baş verən 4 bal gücündə zəlzələ İstanbulda narahatlıq yaradıb. Zəlzələ ilə bağlı açıqlama verən Yer elmləri üzrə mütəxəssis Prof. Dr. Naci Görür və geofizik Prof. Dr. Övgün Ahmet Ercan, əhalini müsbət fikirlər səsləndiriblər.
BAKU.WS xəbər verir ki, AFAD-ın məlumatına görə, 23:36-da baş verən zəlzələnin episentri Marmara dənizinin Büyükçekmece sahillərində olub. Yeraltı təkanların dərinliyi 8,16 kilometr, quruya olan məsafəsi isə 23 kilometr olaraq ölçülüb. Kandilli Rəsədxanası isə zəlzələnin gücünü 4,2 bal olaraq açıqlayıb.
Prof. Dr. Naci Görür sosial media hesabında paylaşım edərək bildirib:
"Silivri ilə Büyükçekmece arasında 4,2 bal gücündə zəlzələ baş verib. Bu zəlzələ, qırılması ehtimal olunan Kumburgaz fayında qeydə alınıb. 23 apreldən bəri bu fay boyunca kiçik stres sahələrində dəyişikliklər davam edir. Keçmiş olsun."
Prof. Dr. Övgün Ahmet Ercan da hadisəyə münasibət bildirərək deyib:
"Bu, gözlənilən bir afterşokdur. Narahat olmağa dəyməz."
Qeyd edək ki, İstanbul 23 aprel tarixində də 6,2 bal gücündə zəlzələ ilə silkələnmişdi və son hadisə həmin zəlzələnin davamı kimi qiymətləndirilir. Mütəxəssislər bölgədə aktiv fay xətlərində gərginliyin davam etdiyini bildirirlər, lakin hazırkı vəziyyətin panikaya səbəb olmayacağını vurğulayırlar.
Oxşar xəbərlər
"Epşteyn işi" ilə bağlı sənədlər 30 günə açıqlanacaq
ABŞ Ədliyyə Nazirliyi 30 gün ərzində mərhum Ceffri Epşteynlə bağlı sənədləri açıqlayacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin baş prok...