İstanbulda Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının 10-cu görüşü keçiriləcək

İstanbulda Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının 10-cu görüşü keçiriləcək
Dünya 6

Sabah İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli əməkdaşlıq formatında 10-cu görüşü keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə KİV-i Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili iştirak edəcəklər.

Məlumata görə, tərəflər üç ölkə arasında mövcud əməkdaşlığın hazırkı vəziyyətini dəyərləndirəcək, həmçinin qarşıdakı dövrdə birgə fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

Danışıqlar zamanı regional proseslər, Cənubi Qafqazda əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və tranzit marşrutlarının inkişafı, enerji təhlükəsizliyi, eləcə də ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsi əsas gündəm mövzuları olacaq.

Bildirilir ki, Hakan Fidan çıxışı zamanı geosiyasi gərginliklərin və qlobal təhlükəsizlik çağırışlarının artdığı şəraitdə Cənubi Qafqazın strateji əhəmiyyətinin daha da yüksəldiyini vurğulayacaq.

Görüşdə üçtərəfli əməkdaşlıq mexanizminin regional sabitlik və rifahın möhkəmləndirilməsində oynadığı rol, həmçinin Türkiyə, Azərbaycan və Gürcüstan arasında mövcud tərəfdaşlığın iqtisadi inteqrasiya və təhlükəsizliyə verdiyi töhfələr də diqqətə çatdırılacaq.

Bununla yanaşı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti başda olmaqla Orta Dəhliz üzrə nəqliyyat layihələrinin inkişafı, logistika imkanlarının genişləndirilməsi və regional bağlantıların gücləndirilməsi də müzakirə olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər