İstanbul dövlət xəstəxanasında yanğın, xəstələr təxliyə edildi

İstanbul dövlət xəstəxanasında yanğın, xəstələr təxliyə edildi
Video
Dünya 41

İstanbulda Esenyurt Necmi Kadıoğlu Dövlət Xəstəxanasının zirzəmisində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, bəzi xəstələr təxliyə edilib. Əməliyyatlar isə təxirə salınıb.

Yanğının səbəbi isə xəstəxananın zirzəmisində elektrik panelindəki kabellər olub. Hadisə yerinə polis və yanğınsöndürənlər göndərilib.

Ərazidə təhlükəsizlik tədbirləri alan polis qrupları 19 May Bulvarında xəstəxananın girişini bağlayıb.

Xilasetmə qrupları yanğını qısa müddətdə nəzarətə götürüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər