İsraillə əlaqəli haker qrupu SEPAH bankına kiberhücum etdiyini iddia edir

İsraillə əlaqələndirilən "Gonjeshke Darande" adlı haker qrupu İranda SEPAH-a məxsus banka qarşı genişmiqyaslı kiberhücum həyata keçirdiyini və bankın bütün məlumatlarını məhv etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "Times of Israel" yayıb.
"Haker qrupunun yaydığı bəyanatda SEPAH bankının beynəlxalq sanksiyalardan yayınmaqla, İran xalqının pullarını proksi terror qruplarının, ballistik raket proqramının və hərbi nüvə fəaliyyətlərinin maliyyələşdirilməsində istifadə etdiyi iddia olunur.
Bu əməliyyatın həyata keçirilməsində iştirak edən cəsur iranlılara təşəkkür edirik", – deyə haker qrupunun açıqlamasında qeyd olunub.
Qeyd edək ki, "Gonjeshke Darande" son illər ərzində İranda bir sıra kritik infrastrukturlara – o cümlədən yanacaqdoldurma məntəqələri və sənaye obyektlərinə qarşı təşkil edilmiş kiberhücumların məsuliyyətini də üzərinə götürüb.
Oxşar xəbərlər
Çəkiliş zamanı yanlışlıqla həyatını itirən AKTYORLAR
Bəzi dünyaca məşhur aktyorlar var ki, onlar çəkiliş meydanında yaşanan bədbəxt hadisə nəticəsində həyatlarını itiriblər. Bunlar daha çox gənc yaşda dünyasını də...
