İsrailin martın 8-dən hava məkanını açacaq - Bu şərtlə
İsrail bazar günü saat 08:00-dan etibarən ölkənin hava məkanını uçuşlar üçün tədricən açmağa hazırlaşır.
BAKU.WS The Times of Israel-a istinadən xəbər verir ki, saatda maksimum iki dar gövdəli təyyarənin uçuşuna icazə veriləcək və hər uçuşda 50 sərnişindən çox olmayacaq.
Hələlik uçuşlar İsrailin El Al, Israir, Arkia və Air Haifa aviaşirkətləri tərəfindən həyata keçiriləcək.
Bütün uçuş yerlərinin 15 faizi humanitar, təhlükəsizlik, diplomatik və ya turistlər üçün ayrılacaq.
Bu uçuşlarla uçuş etmək istəyən İsrail vətəndaşları uçuş tarixindən etibarən ən azı 30 gün ərzində ölkəyə qayıtmayacaqlarını bildirən bir forma imzalamalıdırlar.
Oxşar xəbərlər
İran yığması İtaliyadakı Paralimpiya Oyunlarında iştirakdan imtina edib
İran yığması ABŞ və İsrailin zərbələri fonunda İtaliyadakı Paralimpiya Oyunlarında iştirakdan imtina edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, BPK həmçin...