İsrailin Livandakı əməliyyatının məqsədi məlum olub

İsrailin Livandakı əməliyyatının məqsədi məlum olub
Dünya 49

Livanın şərqində İsrail hərbçilərinin həyata keçirdiyi əməliyyatın məqsədi açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Al Hadath) telekanalı məlumat yayıb.

Bildirilib ki, əməliyyatın əsas məqsədi 1986-cı ildə əsir düşmüş İsrail Hərbi Hava Qüvvələrində uçuşun naviqasiyasını idarə edən şəxsin - Ron Aradın qalıqlarını taparaq ölkəyə aparmaq olub.

Məlumata görə, İsrail xüsusi təyinatlıları Livanın şərqində yerləşən Bekaa Valleyndəki Nabi-Şit yaşayış məntəqəsi yaxınlığında əməliyyat keçirməyi planlaşdırıblar. Onların diqqət çəkməmək üçün Livan ordusunun hərbi formasından istifadə etdikləri, lakin sonradan ifşa olunduqları bildirilir.

Telekanalın məlumatına əsasən, israilli hərbçilər üç helikopterlə Nabi-Şit ətrafına eniş edərək Aradın qalıqlarının olduğu ehtimal edilən qəbiristanlığa doğru hərəkət ediblər. Lakin onlar pusquya düşdükləri üçün geri çəkilmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin şturmanı Ron Arad 16 oktyabr 1986-cı ildə idarə etdiyi F-4 Phantom təyyarəsi Livan üzərində vurulduqdan sonra əsir düşüb. Ehtimallara görə, o, 1988-ci ilin mayında əsirlikdə öldürülüb, lakin buna baxmayaraq, rəsmi olaraq hələ də itkin düşmüş şəxs hesab olunur.

Son xəbərlər