İsrailin Livana hücumlarında 303 nəfər ölüb
10
apr
2026
11:07
İsrailin Livan ərazisinə endirdiyi zərbələr nəticəsində 303 nəfər həyatını itirib, 1150 nəfər yaralanıb.
BAKU.WS Livan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hücumlar ölkənin müxtəlif bölgələrini əhatə edib. Qeyd olunur ki, bu zərbələr martın 2-dən bu yana həyata keçirilən ən genişmiqyaslı və şiddətli hücumlar hesab olunur.
Məlumata görə, yaralıların sayı 1150 nəfərə çatıb və onların bir qismi ağır vəziyyətdədir. Hadisə bölgəsində vəziyyət gərgin olaraq qalır.
Oxşar xəbərlər
Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub
Sakit okeanda, Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanla...