İsrailin Livan boyunca hücumları davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail döyüş təyyarələri gecə ərzində Livan boyunca, o cümlədən qərbi Bekaadakı Şrifa, Rihane Çaqra və Ayn əl-Tine yüksəkliklərində çox sayda hücum həyata keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.
Bildirilib ki, Livanın cənubundakı Xiamın kənarında şiddətli toqquşmalar barədə də məlumatlar var, sakinlər atəş və silah səsləri eşidirlər.
Daha əvvəl bildirilmişdi ki, İsrailin Bint Cbeil rayonunun iki ərazisinə endirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub.
Livanın Səhiyyə Nazirliyi İsrailin Livana son hücum dalğasında ən azı 486 nəfərin öldüyünü və 1313 nəfərin yaralandığını bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...